Aygün Kazımova - Oglanlar

 (versiyon 1)
Metin boyutu: ( + Büyült ) ( - Küçült)   

Xəyanət etdin mənə bilmədin qədrimi

Könül verdin özgəyə unutdun əhdini

Dərdimdən ölməyin yalanmış sən demə

Od vurdun yenədə sən mənim qəlbimə

Mənsiz qalmısan tək, bu sözlər nəyə gərək?



Sevməyə dünyada bil ki, oğlanlar çox

Sənə baş qoşmağa bil ki, heç vaxtım yox



O anlar keçdi qəlbimə vurma yara

Yalvarıb məni hər gün gətirmə zara



Bir daha gəzməyəcək saçımda əllərin

Açılmaz bundan belə mənimlə səhərin

İstərəm yolumdan kəsilsin izlərin

Çoxdandır bezdirib o yalan sözlərin

İndi qalmısan tək sevmir səni bu ürək



Sevməyə dünyada bil ki, oğlanlar çox

Sənə baş qoşmağa bil ki, heç vaxtım yox

O anlar keçdi qəlbimə vurma yara

Yalvarıb məni hər gün gətirmə zara



Bu döküman AkorMerkezi.com'da yayınlanmıştır. http://www.akormerkezi.com


İçerik Kısa Linki:


Beğendiniz mi? Oglanlar Sözleri sayfasını Şimdi paylaşın: